• HADİSƏ

    11:01 13 mart 2019

Nurəddin Xocanın məhkəməsində Elçin Şıxlı dindirilib

Qarabağ müharibəsinin iştirakçısı, “Bozqurd” batalyonunun komandiri və “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə prosesi davam edib.

ONA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Azərbaycan Yazıçılar İttifaqının üzvü, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı istintaqda hər şeyi danışdığını deyib: “İstintaqa verdiyim ifadəmi təsdiq edirəm. Əgər başqa sualınız varsa, onu da cavablandıra bilərəm”.

Vəkil Elçin Sadıqov vəsatətlə çıxış edərək cinayət işində qeyd edilən yazılara linqvistiq politoloji rəy vermiş AMEA-ın İnsan Haqları Departamentinin rəhbəri Bəxtiyar Əliyevin məhkəmə şahid qismində dindirilməsini istəyib. Vəsatət növbəti prosesdə müzakirə ediləcək.

Proses martın 18-də davam edəcək.

Qeyd edək ki, Nurəddin İsmayılova qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR