Oğuzda 55 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Oğuz rayonu, Xaçmaz kəndində baş verib. Kənd sakini, 1964-cü il təvəllüdlü Nail Vəlyəddin oğlu Kərimov yaşadığı evin vanna otağında yıxılıb. N. Kərimov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.
Tibb Müəssisəsindən ONA-ya bildirilib ki, N. Kərimovun ölüm səbəbini müəyyənləşdirməkdən ötrü müvafiq ekspertizalar təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov