• HADİSƏ

    00:04 16 mart 2019

Oğuzda 68 yaşlı qadını avtomobil vurub

Oğuz rayonunda piyadanı avtomaşın vurub.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Oğuz rayonunun Xaçmaz kəndində baş verib.

1951-ci il təvəllüdlü, Mingəçevir şəhər sakini Gülməmmədova Həyat Həsən qızı yolu keçmək istəyən zaman “VAZ 2115” markalı minik avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan 68 yaşlı H.Gülməmmədova Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

H.Gülməmmədovaya qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma davam edir.

Vüqar Heydərov

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR