• HADİSƏ

    23:59 16 may 2019

Oğuzda avtomobil aşıb, yaralılar var

Oğuzda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.

ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saat 10 radələrində Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun Oğuz rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində baş verib.

Şəki şəhər sakini, 1976-cı il təvəllüdlü Elşən Rəşad oğlu Məmmədov idarə etdiyi “Ford” markalı xırdatutumlu yük maşını ilə hərəkətdə olarkən idarəetməni itirərək maşını yolun kənarına aşırıb. Qəzadan sonra sürücü E.Məmmədov və maşında olan sərnişin, Şəki şəhər sakini, 1977-ci il təvəllüdlü Rahim Ağəli oğlu Səfərov Şəki Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda yaralılara tibbi yardım göstərilir, vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR