• HADİSƏ

    06:10 4 fevral 2021

Oğuzda bədbəxt hadisə nəticəsində xəsarət alan şəxs xəstəxanada ölüb

Oğuzda 65 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Yenikənd kəndində qeydə alınıb.

Kənd sakini, 1956-cı il təvəllüdlü Lətif Mütəllim oğlu Ramazanov yolda piyada hərəkət edərkən qəfildən yıxılaraq xəsarət alıb. L.Ramazanov yaxınlarının köməkliyi ilə öncə Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

O, Oğuz xəstəxanada ilkin müayinə edildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Şəki Rayon Mərkəzi Xəstəxanasına göndərilib. L.Ramazanova döş qəfəsinin qapalı travması və qabırğaların sınığı diaqnozu qoyulub. O, xəstəxanaya daxil olduqdan bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR