Oğuzda baş verən yol qəzasında motosikletçi ağır xəsarət alıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün rayonun Qumlax kəndi ərazisində baş verib.
Qumlax kənd sakini, 1995-ci il təvəllüdlü Toğrul Azər oğlu İsmayılov idarə etdiyi qoşqulu motosikletlə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən nəqliyyat vasitəsini yolun kənarındakı hasara və qaz xəttinə vurub. Qəzadan sonra müxtəlif dərəcəli bədən xəsarətləri alan T.İsmayılov Oğuz Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibb müəssisəsindən ONA-ya bildirilib ki, T.İsmayılova xəstəxanada ilkin yardım göstərildikdən sonra vəziyyətini nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Mingəçevir şəhər xəstəxanasına göndərilib.
Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
Vüqar Heydərov