• HADİSƏ

    20:29 6 oktyabr 2019

Oğuzda sahibsiz it 10 yaşlı uşağın əlini və ayağını dişləyib

Bu gün günorta saatlarında Oğuz rayonunun Bucaq kənd sakini, 2009-cu il təvəllüdlü Fəqan Rəfayıl oğlu Həsənov sol əlin və sol ayağın it dişləməsi xəsarəti ilə rayon mərkəzi xəstəxanasına daxil olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, müayinə zamanı F.Həsənova yaşadığı kəndin ərazisində sahibsiz it hucum edərək xəsarət yetirdiyi məlum olub. F.Həsənova lazımı tibbi yardım göstərilib, quduzluq əleyhinə peyvənd vurulduqdan sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR