Oğuzda baş verən yol qəzasında sürücü hadisə yerində dünyasını dəyişib.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə mayın 25-i axşam saat 23:30 radələrində Qaraməryəm-İsmayıllı-Şəki- magistiral yolunun Oğuz rayonu Padar kəndi ərazisindən keçən hissəsində baş verib.
Oğuz şəhər sakini, 1980-cı il təvəllüdlü Samir Tahir oğlu Qasımov “VAZ 2106” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca vurub. Qəzasdan sonra S.Qasımov aldığı ağır xəsarətlərdən
hadisə yerində ölüb.
Faktla bağlı DİN-in Dövlət Yol Polisi İdarəsinin Baş istintaq və təhqiqat bölməsində araşdırma aparılır.