Oğuz rayonunda bədbəxt hadisə qeydə alınıb.
ONA-nın şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün Oğuz rayonu Qarabulaq kənd inzibati ərazisində aparılan tikinti sahəsində baş verib.
Ərizidə fəhlə işləyən, 1969-cu il təvəllüdlü Şirvan şəhər sakini Elçin Aydın oğlu Əliyevin səhəti qəfildən pisləşərək ölüb.
Elçin Əliyevin ölümünün dəqiq səbəbini aydınlaşdırmaq üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Oğuz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Vüqar Heydərov