• HADİSƏ

    08:40 7 may 2019

Bakı Olimpiya stadionunun yaxınlığında avtoqəza olub, xəsarət alanlar var

Bakıda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Böyük Şor qəsəbəsindəki Bakı Olimpiya stadionunun arxasında, Ziya Bünyadov prospekti istiqamətində gedən yolda 3 avtomobil toqquşub.

Qəza nəticəsində azı 3 nəfər ağır xəsarət alıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, hadisə barədə məlumat saat 07:41-də daxil olub:

"Xəstəxanaya çatdırılan yaralılardan birinin vəıziyyəti çox ağırdır. Yüngül xəsarət alanlar da var. Xəstəxanadan bildiriblər ki, yol avtomobilləri ilə xəstəxanaya çatdırılanlar da olub. Həmin adamlara da yardım edilib".

Fərid

Teqlər:

SON XƏBƏRLƏR