• HADİSƏ

    18:11 18 mart 2021

Ömürlük azadlıqdan məhrum edilmiş 3 şəxsin cəzası 25 ilə endirilib

Prezident İlham Əliyevin bu gün imzladığı əfv sərəncamına əsasən, ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 3 şəxsin cəzası 25 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilib.

APA-nın məlumatına görə, Aslanov Azər Məhərrəm oğlu, 1972-ci ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2001-ci il 16 iyul tarixli hökmü ilə məhkum edilib.

Əhmədov Araz Vidadi oğlu, 1974-cü ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 2005-ci il 7 sentyabr tarixli hökmü ilə məhkum edilib.

Əliyev Vüqar İbrahim oğlu, 1981-ci Ildə anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2016-cı il 15 sentyabr tarixli hökmü ilə məhkum edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR