• HADİSƏ

    08:44 2 may 2019

Ötən gecə Ağstafa, Kürdəmir və Balakən rayonlarında yanğın hadisəsi baş verib

Ağstafa rayonunun Poylu qəsəbəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin 1 otağının və mətbəxinin yanar konstruksiyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən ONA-ya verilən məlumata görə, mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.

Digər yanğın hadusısu Kürdəmir rayonunun Qaraqocalı kəndində qeydə alınıç. Ümumi sahəsi 24 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 15 m² sahədə yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Balakən rayonunun Mahamalar kəndində isə ümumi sahəsi 100 m² olan birmərtəbəli 4 otaqlı evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə, eyvanının döşəməsi və dam örtüyünün yanar konstruksiyaları 25 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Qeyd edık ki, hər üç rayonda baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR