Azərbaycanın daxili işlər orqanları tərəfindən gün ərzində törədilmiş 20 cinayətin üstü "isti izlər"lə açılıb.
ONA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 6 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 11 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb.