• HADİSƏ

    12:12 6 aprel 2019

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Aprelin 5-də Azərbaycanın daxili işlər orqanları tərəfindən 27 cinayətin üstü açılıb.

ONA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, ötən gün ərzində əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 4 nəfər, borclu şəxs qismində axtarışda olan 4 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 12 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb.

Teqlər:

SON XƏBƏRLƏR