“2018-ci ildə Azərbaycanda cinayət işləri üzrə cəmi 89 bəraət hökmü verilib. Bu, ümumi cinayət işlərinin 1 faizindən aşağıdır”.
ONA-nın məlumatına görə, bunu Bakıda keçirilən “Məhkəmə-hüquq islahatlarına vəkil baxışı” konfransında Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Gündüz Kərimov deyib.
O bildirib ki, bu, dövlət ittihamının çox təkmil işləməsindən, vəkillərin müqavimətindən, məhkəmənin passivliyindən və bizə məlum olmayan səbəblərdən irəli gələ bilər: “Biz hesab edirik ki, bütöv ittihamla müdafiə tərəfinin balanslı nəticə əldə etməsi üçün vəkillik səylərini artırmalıdır. Məlum olduğu kimi, Cənab Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemində islahatlarla bağlı imzaladığı Fərmanda ədalət mühakiməsinin əlçatanlığı məsələsi xüsusilə vurğulanır”.