• HADİSƏ

    10:12 22 yanvar 2021

Ötən il Bakıda baş verən yol qəzalarında 169 nəfər ölüb, 387 nəfər xəsarət alıb

2020-ci ildə Bakı şəhəri üzrə 460 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Nəticədə 169 nəfər ölüb, 387 nəfər isə xəsarət alıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov APA-ya bildirib ki, 2019-cu illə müqayisədə hadisələrin sayı 109 fakt və ya 19,2 faiz azalıb: “Eyni zamanda yol qəzaları zamanı qeydə alınan ölümlərin sayı 17 nəfər (9,1 %), xəsarət alanların sayı isə 131 nəfər (25,3 %) azalıb. Bu da yol polisi rəhbərliyinin həyata keçirdiyi məqsədyönlü tədbirlərin nəticəsidir”.

DYP sözcüsü bildirib ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb daha çox manevr qaydalarının pozulmasıdır: "Qəzaların 167-sini (36,3 %) manevr qaydalarının pozulması, 125-ni (27,2%) sürət həddinin aşılması,56-nı ( 12,2 %) ara məsafəsinin pozulması, 34-nü (7,4 %) yol ayrıcını keçmə qaydalarının pozulması, 16-nı (3,5 %) piyada keçidində keçmə qaydalarının pozulması faktları təşkil edib”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR