• HADİSƏ

    11:17 17 aprel 2019

Ötən il birinci instansiya məhkəmələrində 246 920 işə baxılıb

"Prezident İlham Əliyevin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşməsi haqqında” aprelin 3-də imzaladığı Fərmanı ölkə başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin növbəti təzahürü olmaqla, həyata keçirilən məhkəmə-hüquq islahatlarının mühüm tərkib hissəsidir".

ONA-nın xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, Azərbaycan Respublikasının qanunvericilik sistemi daim inkişaf edən və dəyişən ictimai münasibətlərin hüquqi tənzimlənməsinin təmin edilməsi məqsədi ilə mütəmadi olaraq təkmilləşdirilir, yeni qanunvericilik aktları qəbul edilir.

Ali Məhkəmənin sədri qeyd edib ki, respublikanın birinci instansiya məhkəmələri tərəfindən 2018-ci ildə 246 920 işə, o cümlədən 224 584 mülki işlərə, 5029 iqtisadi mübahisələrə, 17 307 inzibati mübahisələrə dair işlərə baxılıb.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR