Ötən il sonuncu rübündə Gürcüstan 11 Azərbaycan vətəndaşını deportasiya edib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) hesabatında məlumat verilib.
Hesabatda bildirilib ki, deportasiya edilən Azərbaycan vətəndaşlarının 7-si qadın, 4-ü isə kişi olub. Onların 9-u 18 yaşdan kiçik, 2-si isə 41-65 yaş aralığından olub.
Ötən ilin üçüncü rübündə Gürcüstandan ümumilikdə 36 nəfər deportasiya edilib.