• HADİSƏ

    08:31 6 aprel 2019

Özünü yandıran Sumqayıt sakini xəstəxanada öldü

Aprelin 2-də Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində yaşadığı evdə özünü yandıran şəxs xəstəxanada dünyasını dəyişib.

ONA-nın yerli bürosunun məlumatına görə, aprelin 2-də içki aludəçisi olan Dadaşov Kamil İmaddədin oğlu özünü ailə üzvlərinin gözü qarşısında yandırıb.

Bədəninin 70 faizi yanan K. Dadaşov əvvəl Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib.

Onun vəziyyəti ağır olduğundan Bakı şəhər 5 nömrəli xəstəxanaya göndərilib. Həkimlərin səylərinə baxmayaraq o 4 gündən sonra dünyasını dəyişib.

Mərhumun meyidi aidiyyatı üzrə təhvil verilib.

Faktla bağlı araşdırma davam edir.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR