Paytaxt sakini elektrik cərəyanı ilə ehtiyatsız davranması nəticəsində xəsarət alıb.
ONA xəbər verir ki, 1979-cu il təvəllüdlü Bağırov Rasim Telman oğlu Bakının Nizami rayonu, S.Mirzəyev küçəsində qardaşına məxsus bərbərxanada işləyərkən elektrik cihazı ilə ehtiyatsız davranıb və nəticədə onu elektrik cərəyanı vurub.
Xəsarət alan R.Bağırov 1 saylı Xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.