Bakıda tələbə qız dəm qazından boğulub.
ONA-nın xəbərinə görə, hadisə Bakı şəhəri Nərimanov rayonu, Əlövsət Əbülrəhimov küçəsi ev 124, mənzil 36-da baş verib. Həmin ünvanda kirayədə yaşayan, Azərbaycan Dillər Universitetinin I kurs tələbəsi, 2001-ci il təvəllüdlü Camalova Aytən Hikmət qızı dəm qazından boğularaq ölüb.
Azərbaycan Dillər Universitetindən ONA-ya faktı təsdiqləyiblər.