• HADİSƏ

    00:16 7 may 2019

Paytaxtda 31 yaşlı kişi naməlum şəraitdə bıçaq yarası alıb

Bakıda 31 yaşlı kişi bıçaqlanıb.

ONA-nın verdiyi xəbərə görə, hadisə Səbail rayonunda baş verib.

Hadisə nəticəsində 1988-ci il təvəllüdlü Bayramov Vüqar Tariyel oğlu döş qəfəsindən bir bıçaq yarası alıb. Yaralı dərhal 1 saylı Xəstəxanaya çatdırılıb və cərrahi əməliyyat olunub.

İlkin məlumata görə, V.Bayramov naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR