• HADİSƏ

    04:11 11 aprel 2019

Paytaxtda 56 yaşlı kişiyə bıçaq xəsarəti yetirilib

Bakının Qaradağ rayonunda 56 yaşlı kişi bıçaqlanıb.

ONA-nın verdiyi xəbərə görə, hadisə Qızıldaş qəsəbəsində baş verib.

56 yaşlı İbrahimov Sabir İbrahim oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zamanı o, qarın nahiyəsindən bıçaq xəsarəti alıb. Yaralı təcili tibbi yardım vasitəsilə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Fakt polis tərəfindən araşdırılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR