Bakıda metronun "28 May" stansiyası yaxınlığında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyindən ONA-ya verilən məlumata görə, martın 31-də saat 15 radələrində metronun “28 May” stansiyasının yaxınlığında Masallı rayon sakini N.Həmidov 46 saylı xətt üzrə idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən Bakı şəhər sakini Şəhla Hacıyevanı vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
Faktla bağlı Dəmir Yolu Nəqliyyatında Polis İdarəsi tərəfindən araşdırma aparılır.