• HADİSƏ

    05:23 26 mart 2019

Paytaxtda gənc oğlan kürəyindən bıçaqlanıb

Bakıda bıçaqlanma hadisəsi qeydə alınıb.

ONA-nın məlumatına görə, hadisə Qaradağ rayonunda baş verib.

Lökbatan qəsəbəsində 1993-cü il təvəllüdlü Əliyev Teyyub Söhrab oğlu tanımadığı şəxslə mübahisə edib. Mübahisə zəminində onun kürəyinə iki bıçaq zərbəsi vurulub. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR