• HADİSƏ

    16:22 21 aprel 2019

Paytaxtda it azyaşlının üzünü parçalayıb

Bakıda azyaşlı quduz itin hücumuna məruz qalıb.

ONA-nın yerli bürosunun məlumatına görə, hadisə aprelin 18-də Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.

İt küçədə 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğluna hücum edib. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb.

Ağır yaralanan 4 yaşlı uşaq 1 saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub.

Cərrahi əməliyyat aparılaraq uşağın yanağının parçalanmış hissəsi tikilərək bərpa edilib.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR