Bakıda şəkil çəkdirmək istəyən şəxsin qulağını meymun dişləyib.
ONA-nın məlumatına görə, hadisə Nizami küçəsində baş verib. 23 yaşlı Məmmədov Emil Şamxal oğlu meymunla şəkil çəkdirib. Bu zaman meymun onun sol qulağını dişləyib.
Yaralı gənc 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.