• HADİSƏ

    06:02 12 may 2019

Paytaxtda piyada keçidindən keçən gənci avtomobil vurub

Nizami rayonunda metronun Neftçilər stansiyasının yaxınlığında yol qəzası baş verib.

ONA-nın məlumatına görə, həmin ərazidə piyada keçidi ilə yolu keçmək istəyən 1998-ci il təvəllüdlü İbrahimov Həsənağa Araz oğlunu "Hyundai" markalı avtomobil vurub.

Ağır xəsarət alan piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, H.İbrahimov sol bud sümüyünün sınığı diaqnozu ilə reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR