• HADİSƏ

    07:06 31 mart 2019

Paytaxtda piyada zolağında avtomobillə 22 yaşlı oğlanı vuran sürücü qaçıb

Bakıda gənc oğlanı piyada zolağında avtomobil vurub.

ONA-nın xəbərinə görə, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Koroğlu Rəhimov küçəsində piyada zolağı ilə yolu qarşı tərəfə keçmək istəyən 1997-ci il təvəllüdlü Gülümov Turqan Hikmət oğlunu naməlum markalı avtomobil vurub. Yaralı hadisə şahidlərinin köməkliyi ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinə əməliyyat-axtarış işləri aparılır.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR