• HADİSƏ

    02:37 16 mart 2019

Paytaxtda qadını avtomobil vurub

Bakıda naməlum qadını avtomobil vurub.

ONA-nın məlumatına görə, hadisə Sabunçu rayonunun Zabrat qəsəbəsində baş verib.

Təxminən 35-40 yaşlarında, şəxsiyyəti hələlik məlum olmayan qadın yol kənarı ilə gedərkən onu "Hyundai" markalı avtomobil vurub. Sürücü yaralını xəstəxanaya yerləşdirib. Həkimlərin verdiyi məlumata görə, yaralının vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma gedir, sürücü Sabunçu polisi tərəfindən saxlanılıb.

Nurlan Əli

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR