• HADİSƏ

    21:29 8 may 2019

Paytaxtda qəza yerindən qaçan avtobus piyadanı vurub

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın xəbərinə görə, Neftçilər prospektində, Bakı İdman Sarayının yaxınlığında 53 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobusu minik avtomobili ilə toqquşub.

Avtobus sürücüsü hadisə yerindən qaçmaq istəyərkən piyadanı vurub.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov ONA-ya bildirib ki, təcili tibbi yardım hadisə yerindən, birisi uşaq, ikisi böyük olmaqla, 3 nəfəri götürüb.

O qeyd edib ki, yaralılara kəllə-beyin travması qoyulub, onların vəziyyətləri orta agır kimi qiymətləndirilir.

Fərid

Teqlər:

SON XƏBƏRLƏR