Paytaxtda polis əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində bu ilin noyabr ayı ərzində müxtəlif taksi şirkətlərinin sürücüləri tərəfindən 31 hüquqpozma faktı qeydə alınıb.
Bu barədə ONA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 1 fakt üzrə narkotik vasitələrin qanunsuz dövriyyəsi, 1 fakt üzrə oğurluq cinayəti, 29 fakt üzrə qadın sərnişinlərə qarşı qeyri-etik təkliflərlə bağlı olub.
Qeyd edilib ki, törədilən və texniki vasitələrlə qeydə alınan hüquqozma halları ilə bağlı 29 sürücü inzibati məsuliyyətə, 2 sürücü isə cinayət məsuliyyətinə cəlb edilib.
Digər faktlar üzrə hazırda araşdırmalar davam etdirilir.