• HADİSƏ

    17:07 6 may 2019

Penitensiar müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısı alınıb

Məhkumlara gətirilən sovqatların içində çətənə toxumu, telefon funksiyalı saat və digər qadağan olunmuş əşyalar aşkarlanıb.

Penitensiar xidmətin İctimai Əlaqələr şöbəsindən ONA-ya verilən məlumata görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə, 15 saylı cəzaçəkmə müəssisəsinə, Bakı İstintaq təcrdixanasına və Həbsxanaya qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.

Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 1 il 6 ay müddətinə azadlqıdan məhrum edilən və hazırda 7 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Əliyev Elçan Elşən oğlu ilə qısamüddətli görüşə gələn xalası oğlu Bakı şəhər sakini İmanov Aslan Məcid oğlunun üzərinə və tərəfindən gətirilən sovqata baxış keçirilən zaman əynindəki gödəkçənin tikiş hissəsində xüsusi üsulla gizlədilmiş 15 ədəd çətənə bitkisinin toxumu aşkarlanıb.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3; 181.3.3; 170.3; 66.3; 66.5-ci maddələrinə əsasən 13 il müddətinə azadlqıdan məhrum edilən və hazırda 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Qafarov Samir Emin oğlu ilə qısamüddətli görüşə gələn qardaşı Bakı şəhər sakini Qafarov Tərlan Emin oğlunun üzərinə və tərəfindən gətirilən sovqata baxış keçirilən zaman 1 ədəd mobil telefon funksiyalı “Midsun” markalı qol saatı və 1 ədəd qulaqcıq tapılıb.

Cinayət Məcəlləsinin 120.2.1; 120.2.4; 120.2.5; 181.3.1; 66.3-cü maddələrinə əsasən 15 il müddətinə azadlqıdan məhrum edilən və hazırda Həbsxanada cəza çəkən məhkum Seyidov Təvvəkkül Tofiq oğlu ilə qısamüddətli görüşə gələn anası Balakən rayon sakini Xoçberova Bahar Səəddin qızının üzərinə və tərəfindən gətirilən sovqata baxış keçirilən zaman əl çantasının içində daxilində danışıq kartı olan 1 ədəd “Samsung” markalı mobil telefon aparatı müəyyən edilib.

Cinayət Məcəlləsinin 177.2.1; 177.2.2; 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən təqsirli bilinirək həbs edilən Xudaverdiyev Şahmurad Şirzad oğlu ilə qısamüddətli görüşə gələn bacısı Bərdə şəhər sakini Məmmədova Rəna Akif qızı tərəfindən gətirilən sovqata və üzərinə baxış keçirilən zaman ağzında gizlətdiyi 2 ədəd sellofan bükülüdə çəkisi 0,176 qram olan “Heroin” aşkarlanıb.

Faktlarla bağlı araşdırma aparılır.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR