• HADİSƏ

    10:19 5 aprel 2019

Penitensiar Xidmət məhkumlar arasında baş verən insidentə aydınlıq gətirib

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti 2 saylı cəzaçəkmə müəssisəsində baş vermiş hadisə ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov ONA-ya açıqlamasında bildirib ki, sözügedən hadisə martın əvvəlində baş verib: "2 saylı cəzaçəkmə müəssisəsində 3 nəfər məhkum arasında məişət zəminində konflikt olub. Bundan sonra qanunvericiliyə uyğun olaraq hər 3 şəxs cərimə təcridxanasına keçirilib. Hadisə nəticəsində məhkumların xəsarət alaraq xəstəxanaya yerləşdirilməsi barədə yayılan məlumatlar yalandır".

Qeyd edək ki, yayılan məlumata görə, 2 saylı cəzaçəkmə müəssisəsində 6 nəfər arasında əlbəyaxa dava düşüb. Nəticədə xəsarət alan məhkumlar xəstəxanaya yerləşdirilib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR