• HADİSƏ

    14:09 1 aprel 2019

Nizami RİH: “Diqlas”ın yanındakı piştaxtalarda işləyən zərərçəkmişlər KOBİA-ya müraciət etməlidirlər

Nizami Rayon İcra Hakimiyyəti "Diqlas" Ticarət Mərkəzində baş verən yanğın zamanı bir qrup zərərçəkənin dövlət orqanları tərəfindən qeydiyyata alınmaması ilə bağlı iradlara cavab verib.

Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini İldırım Mehdiyev ONA-ya bildirib ki, “Diqlas” ticarət mərkəzinin yanındakı piştaxtalarda işləyən zərərçəkmişlər İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etməlidirlər.

Qeyd edək ki, yanğınla bağlı martın 29-dan etibarən İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin inzibati binasında (ünvan: Atatürk prospekti, 134, telefon: 012-404-04-01) qəbul keçirilir.

Orxan

Teqlər:

SON XƏBƏRLƏR