• HADİSƏ

    18:04 16 aprel 2019

Piyadanı vurub qaçan sürücüyə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Şaiq Mikayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ONA-nın xəbərinə görə, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Ş. Mikayılov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, Ş.Mikayılov sərxoş vəziyyətdə idarə etdiyi "Mercedes" markalı maşınla yol-nəqliyyat hadisəsi törədib. Qəza zamanı piyada Səkinə Ramazanova hadisə yerində dünyasını dəyişib. İki avtomobilə isə ciddi ziyan dəyib. Ş.Mikayılov isə qəzadan sonra hadisə yerindən qaçıb.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR