Sosial şəbəkələrdə Səbail rayonu, Badamdar qəsəbəsində sahibsiz küçə itlərinin güllələnməsi ilə bağlı məlumat yayılıb.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsindən ONA-ya bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir: “Sosial şəbəkələrdə sahibsiz küçə itlərinin öldürülməsi ilə bağlı vətəndaşları bölmənin qarşısına toplanmaq çağırışları təxribat xarakteri daşıyır”.
Bölmədən bildirilib ki, razılaşma olmadan hər hansı aksiyanın keçirilməsi yolverilməzdir və polis tərəfindən qarşısı alınacaq, qanunla müəyyən edilmiş qaydalara müvafiq olaraq tədbir görüləcək.
Qeyd edək ki, sosial şəbəkələrdə Badamdar qəsəbəsində 3 itin güllələnməsi ilə bağlı məlumat yayılıb. Məlumatı paylaşan şəxslər vətəndaşları polis bölməsinin qarşısına toplanması ilə bağlı çağırışlar ediblər.