• HADİSƏ

    13:25 20 aprel 2019

Polis külli miqdarda narkotik vasitəni dövriyyədən çıxarıb

İsmayıllıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

ONA-nın Daxili İşlər Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, rayon polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş S.Əhmədovdan 5,31 qram marixuana götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə S.Əhmədova narkotik vasitəni satmış rayon sakinləri, əvvəllər məhkum olunmuş N.Əhmədov və K.Nəcəfov saxlanılıblar. K.Nəcəfovun evinə baxış zamanı 1 kiloqram 55,04 qram marixuana aşkar edilərək götürülüb.

Teqlər:

SON XƏBƏRLƏR