• HADİSƏ

    12:02 6 iyun 2020

Polis səsgücləndiricilər vasitəsi ilə maarifləndirici tədbirlər həyata keçirir - VİDEO

Tətbiq olunan sərt karantin rejimi çərcivəsində polis vətəndaşların maarifləndirilməsi üçün avtomobillərə quraşdırılmış xüsusi səsgücləndiricilər vasitəsi ilə təbliğat aparır.

APA-nın məlumatına görə, polis əməkdaşları əhaliyə evdə qalmaq və sərt karantin rejimi qaydalarına əməl etməklə bağlı tövsiyələr verir.

Qeyd edək ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın “Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” qərarında nəzərdə tutulan iş və xidmət sahələrində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslərin 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək yaşayış yerlərini və ya olduğu yerləri tərk etməsi qadağan edilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR