• HADİSƏ

    15:47 28 mart 2019

Dövlət başçısı: “Ticarət mərkəzinin sahibkarları dövlətin sahibkarlara verəcəyi məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər”  

“Məsələni tam araşdırıb təklifləri vermək üçün komissiya yaradılacaq. Əlbəttə ki, komissiya bir müddət işləyəcək”.

ONA-nın məlumatına görə, bunu bu gün Prezident İlham Əliyev Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar keçirilən müşavirədə söyləyib.

Dövlət başçısı deyib ki, biz operativ olaraq sahibkarlara ilkin mərhələdə maddi dəstək göstərməliyik ki, onlar bu vəziyyətdən çıxa bilsinlər: “Gələcəkdə onları işlə təmin etmək üçün müvafiq addımlar atılacaq. O ki qaldı, ticarət mərkəzinin sahibkarlarının fəaliyyətinə, əlbəttə ki, onlar dövlət tərəfindən sahibkarlara veriləcək məbləğin ödənilməsini tam təmin etməlidirlər və edəcəklər. Ancaq nəzərə alsaq ki, biz istəyirik məsələ tezliklə öz həllini tapsın, bu məqsədlə, yenə də dediyim kimi, dövlət dərhal öz dəstəyini göstərməlidir”.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR