Nərimanov rayonunda yol-nəqliyyatı hadisəsi zamanı iki nəfər xəsarət alıb.
APA xəbər verir ki, qəza Əhməd Rəcəbli küçəsində baş verib.
Belə ki, Şamil Səmədli idarə etdiyi "Priora" markalı avtomobillə təhlükəli manevrlər edərək avtomobili yüksək sürətlə idarə edib. İdarəetmədən çıxan nəqliyyat vasitəsi qarşıda hərəkət edən “London” taksisinə çırpılıb. Zərbənin gücündən taksi mağazaya dəyib. Nəticədə sürücü Ş.Səmədli və “London” taksisinin sürücüsü xəsarət alaraq 1 saylı şəhər xəstəxanasına aparılıb.
Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Nərimanov RPİ-nin əməkdaşının APA -ya verdiyi məlumata görə, “Priora” yüksək sürətlə hərəkət edərək təhlükəli manevrlər edib.
Faktla bağlı araşdırma aparılır.