• HADİSƏ

    19:47 24 aprel 2019

Prokuror bacısını bıçaqlayana ağır cəza verilməsini istəyir

Bacısını bıçaqlamaqda təqsirləndirilən Niyaməddin Məmmədovun barəsindəki hökmdən apelyasiya protesti verilib.

ONA-nın xəbərinə görə, Bakı Apelyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə keçirilən prosesdə protestin dəlilləri araşdırılıb. Prokuror N. Məmmədova ağır cəza verilməsini istəyir.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə N. Məmmədov 2 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən il Xətai rayonu, Nazimov küçəsində kirayədə yaşayan 1993-cü il təvəllüdlü Ə.Əhmədova qısqanclıq zəminində qardaşı N.Məmmədov tərəfindən bıçaqlanıb.

N.Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham elan edilib.

Teqlər:

SON XƏBƏRLƏR