• HADİSƏ

    11:09 18 mart 2019

Prokuror Nurəddin Xocaya şərti cəza istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Bozqurd” batalyonunun komandiri və “Teref.info” saytının baş redaktoru Nurəddin İsmayılovun (Nurəddin Xoca) cinayət işi üzrə məhkəmə davam etdirilib.

ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, N.Xocanın 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 70-ci (şərti) maddəsi tətbiq edilməklə barəsində 2 il sınaq müddətinə şərti cəza təyin olunmasını istəyib.

Proses martın 19-da davam etdiriləcək.

İttihama görə, N.Xoca vəzifə səlahiyyətlərini aşıb, vəzifə saxtakarlığı edib, saytında dövlət əleyhinə açıq çağırışlar edib. Ona qarşı Cinayət Məcəlləsinin 281.2-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309-cu (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb və məhkəmə qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilməyib.

Etibar

Teqlər:

SON XƏBƏRLƏR