Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını bıçaqlamaqda təqsirləndirilən Sərxan Hacallının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.
O, məhkəmə istintaqı zamanı S.Hacallının cinayətinin tam sübuta yetirildiyini deyib və təqsirləndirilən şəxsin 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses mayın 1-dək təxirə salınıb.
İttihama görə, S.Hacallı mübahisə zəmində qardaşı Qaraxan Acalovu bıçaqlayıb. Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub. S.Hacallı barəsində Cinayət Məcəlləsinin 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə) maddəsi ilə ittiham irəli sürülüb.