Bakı Ağır Cinayətlər Məhkəməsində piyadanı avtomobillə vuraraq öldürməkdə təqsirləndirilən Əli Həsənovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, Ə. Həsənovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses martın 18-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il dekabrın 9-da Bakı şəhər sakini, 1985-ci il təvəllüdlü Həsənov Əli Bəhlul oğlu sərxoş vəziyyətdə idarə etdiyi “Mercedes-Benz E 220” markalı, 90-KS-784 dövlət nömrə nişanlı avtomobillə Sabunçu rayonu, Ramana qəsəbəsində hərəkətdə olarkən piyada, 1954-cü il təvəllüdlü Məmmədov Bəhram İsmayıl oğlunu vurub. Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanıb.