Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Elxan Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
ONA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib. O, E. Əliyevin 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Proses aprelin 12-də davam etdiriləcək.
Qeyd edək ki, ötən il Elxan Əliyev Bakıda Türkiyə vətəndaşı, 1994-cü il təvəllüdlü Altürk Mazlumu restoranda bıçaqlayıb.