Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ("Qaçqınkom") Nəsimi rayonu sektorunun sabiq müdiri Bəyverdi Novruzov və əməkdaşı Şahin Məmmədovun barəsində cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
ONA xəbər verir ki, cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib. İş hakim Hafiz Kamranovun sədrliyi ilə araşdırılacaq.
Qeyd edək ki, hər iki şəxs Cinayət Məcəlləsinin 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə ittiham edilir. Komitə sədri Rövşən Rzayevin bu ilin əvvəlində müvafiq əmri ilə komitənin Nəsimi rayonu üzrə sektor müdiri B.Novruzov tutduğu vəzifədən azad edilib.