Gürcüstanla Azərbaycan sərhədindən keçən Qanıx çayı (Alazan) daşıb.
ONA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan-Azərbaycan sərhədi yaxınlığında yerləşən Heretiskari kəndinə gedən yol bağlanıb. Məlumatı Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyi yayıb. Bildirilib ki, daşqın səbəbi ilə Tbilisi-Bakurtsixe-Laqadexi beynəlxalq magistral yolun bir hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb və sürücülərə alternativ Gurjaani-Çabukiani-Appan yolundan istifadə etmək tövsiyə olunub.
Qeyd edək ki, Qanıx çayı Kürün ən böyük qoludur və Mingəçevir su anbarına tökülür.