• HADİSƏ

    12:37 3 iyun 2019

Azərbaycana qanunsuz siqaret keçirmək cəhdinin qarşısı alınıb

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkə vətəndaşının idarə etdiyi "Ford Transit 80 LD" markalı nəqliyyat vasitəsi saxlanılıb.

Dövlət Gömrük Komitəsindən ONA-ya verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib.

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü üçün nəzərdə tutulan oturacağın arxa hissəsindən 5200 ədəd "King" markalı siqaret aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Səlcuq

Teqlər:

SON XƏBƏRLƏR