• HADİSƏ

    02:07 18 aprel 2019

Qaradağda "Mercedes" piyadanı vurub öldürüb - VİDEO

Qaradağ rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

ONA-nın məlumatına görə, rayonun Xocəsən yolu istiqamətində Səlimov Vüqarın idarə etdiyi "Mercedes" markalı minik avtomobili yolun piyada üçün nəzərdə tutulmayan hissəsindən keçən 1969-cu il təvəllüdlü Əsgərov Əli Əsgər oğlunu vurub.

Sürücü yaralını 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırıb, lakin Əli Əsgərovun həyatını qurtarmaq mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Nurlan Əli

Aytən

Teqlər:

SON XƏBƏRLƏR